Ukrayna hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə xarici vətəndaşların girişi üçün sərhədi yenidən bağlamaq qərarına gəlib.
Unikal.org xəbəbr verir ki, ölkəyə giriş məhdudiyyəti avqustun 29-dan sentyabrın 28-nə qədər davam edicək.
Yeni qərara əsasən, Ukrayna ərazisinə yalnız yaşayış icazəsi almış əcnəbilər, beynəlxalq və humanitar nümayəndəliklərin üzvləri və tranzit sərnişinlər girə biləcəklər.
Bundan əlavə, məhdudiyyətlər yük maşını sürücülərinə, NATO-ya üzv dövlətlərin təlimatçılarına, mədəniyyət müəssisələrinin dəvəti ilə ölkəyə gələn mədəniyyət işçilərinə və bir sıra digər şəxslərə şamil edilməyəcək.