Böyük Britaniyanın “Vertical Aerospace” şirkəti hava taksisi yaratmaq planlarını açıqlayıb.
Unikal.org xəbər verir ki, 76 kilometrlik məsafəni 30 dəqiqəyə qət edəcək hava nəqliyyatının prototipi 2021-ci ilin sentyabr ayında təqdim olunacaq.
Təyyarədə pilot da daxil olmaqla beş nəfər yerləşə biləcək.
Hava taksinin maksimal sürəti saatda 241 kilometr təşkil edə bilər.