Suriyada ABŞ və Rusiya hərbi maşınları toqquşub.

Unikal.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İnsident nəticəsində 4 amerikalı hərbçi yaralanıb. İddiaya görə, Rusiya hərbi konvoyundan bir avtomobil qəsdən ABŞ texnikasına çırpılıb. Bundan əlavə, qəzanın baş verdiyi zamanda Rusiyaya məxsus helikopterlərin alçaqdan sürətli uçuş həyata keçirdiyi deyilib.

Olayla bağlı hələ ki, rəsmi açıqlama verilməyib.