Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 11 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1447 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6010 nəfər karantində saxlanılır, 236 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Yoluxanlardan 1150 nəfərin sağaldığı, 19 nəfərin vəfat etdiyi bildirilir.