Rusiyada son sutka ərzində daha 4711 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbərt verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 975 576 nəfərə çatıb.
Son sutka ərzində 121 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 804 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.