ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.
Unikal.org xəbər verir ki, dövlət başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.
Müzakirə mövzularından biri də Aralıq dənizindəki vəziyyət olub. Ərdoğan Türkiyənin regiondakı gərginliyə görə məsuliyyət daşımadığını və məsələlərin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.
Xatırladaq ki, Ankara Şərqi Aralıq dənizindəki kontinental sahələrdə araşdırma aparmaq üçün bölgəyə "Oruç Reis" gəmisini yollayıb. Bu da Türkiyə və Yunanıstan arasında münasibətlərin gərginləşməsinə səbəb olub.