“Rusiya Belarusun seçilmiş prezidenti Aleksandr Lukaşenkonun xahişi ilə hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat formalaşdırıb”.
Unikal.org xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” kanalının jurnalisti Sergey Birlyova müsahibəsində bildirib.
"Aleksandr Lukaşenko məndən hüquq-mühafizə orqanları əməkdaşlarından ehtiyat formalaşdırmağı xahiş edib. Mən bunu etdim. Lakin biz razılaşdıq ki, vəziyyət nəzarətdən çıxmayana qədər onlardan istifadə olunmayacaq", - deyə Putin vurğulayıb.