ABŞ-ın “Google” şirkəti “TikTok” sosial şəbəkəsini almaq niyyətində olmadığını bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Google”un Baş icraçı direktoru Sundar Piçai açıqlaması zamanı deyib. Sundar Piçai “TikTok”un “Google” şirkətinin bulud texnologiyasından istifadə etdiyini təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-dək “Microsoft” və ya digər ABŞ şirkətinə satılmayacağı təqdirdə “TikTok” əlavəsinin Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağı ilə bağlı hədələmişdi. “TikTok”un rəhbəri Kevin Mayer isə Çin televiziyasına açıqlamasında istefa verdiyini bildirib.