Dünyanın ən sürətli limuzini Avstraliyada 400 min dollara (təxminən 30 milyon rubl) satışa çıxarılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ferrari 360 Modena markalı parlaq qırmızı rəngə boyanan limuzinin içində televizor ekranları və bar var. Limuzində on nəfərin əyləşə biləcəyi oturacaq var. Avtomobil altı saniyədə saatda yüz kilometrə qədər sürətlənə bilər. Onun maksimal sürəti saatda 270 kilometrə çatır.
Limuzin ən sürətli avtomobil olaraq Ginnesin Rekordlar Kitabına düşüb.