Malidə hərbi çevrilişə cəhd zamanı həbs edilən Prezident İbrahim Bubakar Keyta qiyamçılar tərəfindən azad olunub.
Unikal.org xəbər verir ki, bu məlumatı “Jeune Afrique” portalı yayıb.
Prezidentin yerli vaxtla 03:00-da azad edildiyi vurğulanıb. Onun Sebenikorodakı iqamətgahına gətirildiyi bildirilib.