Mayk Pens noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd kimi iştirakına rəsmi şəkildə razılıq verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mayk Pens Merilənd ştatının Baltimor şəhərində çıxışında deyib.

"Prezident Trampın mənə göstərdiyi etimada minnətdarlıq hissi, Respublikaçılar Partiyasının dəstəyi və Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyiniz barədə qərarınızı təvazökarlıqla qəbul edirəm", - deyə o bildirib.

Mayk Pens ölkəsinin hazırda sınaqlardan keçdiyini qeyd edib.

"2020-ci ildə amerikalılar çox sınaqdan keçdilər. Ancaq xoşbəxtlikdən çətin zamanlarda bizə dəstək olmaq əzmində olan enerjili, qərarlı Prezidentimiz var", - deyə Maykl Pens əlavə edib.