Moskvada son sutka ərzində koronavirusdan 10 nəfər dünyasını dəyişib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb. Bununla da yeni növ virusdan ölənlərin sayı 4786 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada koronavirusdan bir gün əvvəl 12 nəfər ölmüşdü.