ABŞ-ın cari Prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində Respublikaçılar partiyasından namizəd olmağa razılıq verib və beləliklə də, ölkə prezidentliyinə rəsmi namizəd olub.
Unikal.org “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə D.Tramp Respublikaçılar partiyasının qurultayında bəyan edib.
Qeyd edək ki, D.Trampın noyabrın 3-də keçiriləcək prezident seçkilərində rəqibi Co Bayden olacaq.