Yaponiyanın Baş naziri Sindzo Abe səhhəti ilə əlaqədar istefa verməyə hazırlaşır
Unikal.org xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanal bildirir ki, ötən həftə o, Tokio xəstəxanalarından birində olub. Bazar ertəsi isə uzun illərdə əziyyət çəkdiyi yoğun bağırsağın iltihabı xəstəliyinin kəskinləşdiyini öyrənib.
Bu səbəbdən də o, “səhhətinin qəbul etdiyi siyasi qərarlara təsir etməməsi üçün istefa vermək qərarına gəlib”.