Gürcüstanda daha 8 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma halları 1 455-ə çatıb.  Yoluxanların 1 196 nəfəri sağalıb, 19-u isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 943, tibbi nəzarətdə isə 252 nəfər saxlanılır.