Gəncədə qətl hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır. Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.