Koronavirusa yoluxmuş İtaliyanın keçmiş Baş Naziri Silvio Berluskoni müayinə üçün Milanda xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə İtaliyanın “Rainews24” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, “İrəli İtaliya” partiyasının lideri bir sıra simptomlar özünü göstərdikdən sonra ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib, onun sağlamlıq vəziyyəti narahatlıq yaratmır.
Cümə axşamı Berluskoni partiyasının seçki tədbirinə telefonla qoşularaq artıq temperaturunun olmadığını və ağrı hiss etmədiyini deyib.
Berluskoninin koronavirusa yoluxduğunu bu həftə onun şəxsi həkimi professor Alberto Dzanqrillo elan edib. O, siyasətçinin xəstəliyin asemptomatik formasından əziyyət çəkdiyini bildirib.