Ukraynanın Kiyev şəhərində bağlı çantada uşaq aparan qadını saxlayıblar.
Unikal.org xəbər verir ki, "Kiev Operativnıy" "Facebook" səhifəsində bununla bağlı video yayımlanıb.
Kadrlardan aydın olur ki, qadın iki aylıq uşağı gödəkcəyə bükərək çantaya qoyub. O, bunda qorxulu heç bir şey olmadığını deyib.
Polis qadını əlindən çantanı alır və uşağı oradan götürərək xidməti maşınına qoyur.