Moskvada son sutka ərzində koronavirusdan 11 nəfər dünyasını dəyişib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 4878 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 10 nəfər ölmüşdü.