Ermənistanda bir həftə ərzində 46 nəfər spirtli içkidən zəhərlənib.

Unikal.org xəbər verir ki, onlardan 17 nəfəri həyatını itirib. Zəhərlənmə halları Yerevan, Armavir və Kotayk şəhərlərində qeydə alınıb.

İlk zəhərlənmə və ölüm faktları avqustun 31-də baş verib. 9 nəfər Kotaykda, 7 nəfər Yerevanda həyatını itirib. Xəstəxanalarda 13 nəfərin müalicəsi davam edir.