Banqladeşdə məsciddə 6 kondisionerin partlaması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı "Dhaka Tribune" yayıb.

Məlumata görə, ölənlər arasında uşaq da var. Nəşr bildirib ki, partlayış zamanı məscidin imamı və müəzzini də ölüb. Partlayış zamanı xəsarət almış daha 15 nəfər hazırda paytaxtdakı xəstəxanalarda müalicə edilir. Xəstəxananın həkimi onların vəziyyətinin ağır olduğunu bildirib.

Yerli yanğınsöndürmə xidməti və polis hadisə ilə bağlı təhqiqata başlayıb.

*** 19:47

Banqladeşin paytaxtı Dakadan 15 km məsafədə Narayanqanc şəhəri məscidində qazın partlaması nəticəsində ən az 16 nəfər öldü.

Unikal.org-un məlumatına görə, bu barədə Associated Press agentliyi bildirib.

Məlumata əsasən, xəsarət alan 37 nəfər xəstəxanaya yerləşdirilib.

Xəstəxananın yanıq şöbəsinin koordinatoru bildirib ki, bədən sahələrinin 90% -ə qədər yanığı olan ən az 37 xəstəyə lazımi yardım göstərilir.

İlkin versiyaya görə, partlayış boru kəmərində qaz sızmasından sonra qazın yığılması nəticəsində baş verib.