İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Ternate şəhərindən 132 km şimal-qərbdə, ocağı isə 26,6 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan, dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.