Bütün dünyada milyonlarla istifadəçisi olan PUBG oyunu ilə bağlı rəsmi qərar verilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Kommunikasiya, Elektronika və Elm Texnologiyaları Nazirliyi oyunu ölkə miqyasında qadağan edib.
NDTV kanalının xəbərinə görə, bəzi Çin mənşəli tətbiqlər ölkənin suverenliyi, bütövlüyü, müdafiəsi, etibarlılığı və əhalisinin nizamı üçün təhlükə daşıyır.
Bəzi mobil tətbiqlərdən sui-istifadə edərək istifadəçilərin bilgilərinin oğurlanması və gizli şəkildə Hindistanın xaricindəki qüvvələrə verilməsi haqqında çox sayda şikayət daxil olduğu bildirilən açıqlamada bu səbəbdən “PUBG Mobile”, “WeChat”, “Reading”, “Voov Meeting”, “FaceU”, “InNote”, “Game of Sultans” və “AppLock”un aralarında olduğu 118 mobil tətbiq qadağan olunub.
Hindistanda 33 milyondan çox aktiv “PUBG Mobile” istifadəçisi var.