Vanuatu sahillərində 6.3 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerin 8.2 km dərinliyində baş verən zəlzələnin episentri 35 min nəfərin yaşadığı Port-Villa şəhərindən 101 km aralıda olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.