Türkiyədə son sutka ərzində 53 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1578 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6673, virusa yoluxanlar isə 279 806 nəfərə çatıb.
Türkiyədə indiyədək 251 105 pasiyent (son sutkada 1013 nəfər) sağalaraq evə buraxılıb.