Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədə artıq 29 gündür kütləvi etirazlar davam edir. Artıq dördüncü bazar günüdür ki, Minskdə və regionlarda cari hakimiyyət və güc strukturlarının zorakılığına qarşı kütləvi etiraz marşları keçir.

Unikal.org Belarus KİV-ə istinadla xəbər verir ki, etirazçılar ağ-qırmızı-ağ bayraqlar, plakatlar və transparantlarla şəhərin mərkəzinə - Müstəqillik prospektinə axışıblar.

Nümayişçilər Lukaşenkonun iqamətgahının qarşısında isə axşama kimi qalıblar. Onlar getməmişdən öncə tikanlı məftillərin önündə  gül və plakatlar qoyublar.

Etirazçılar mitinq keçirilən ərazini tərk etməyə başlayanda isə mülki geyimdə olan şəxslər onları həbs etməyə başlayıblar. DİN-dən verilən məlumata görə, saxlanılanların dəqiq sayı bazar ertəsi açıqlanacaq.