İsrail hökuməti sentyabrın 7-dən etibarən ölkənin 40 şəhərində komendant saatı tətbiq edir.
Unikal.org bu barədə “Jerusalem Post”a istinadən xəbər verir.
Ölkədə epidemioloji vəziyyət ağırlaşdığı üçün komendant saatı 19:00-dan 5:00-a kimi qüvvədə olacaq. Bu müddətdə bütün müəssisələr və qeyri-qida mağazaları bağlı olacaq.
Qida mağazaları, apteklər və xəstəxanalar isə işinə davam edəcək.