Rusiyada son bir gündə daha 5 185 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 030 690 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 51 nəfər artaraq 17 871-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 843 277 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 690 nəfər.