Belarus liderinin Moskvaya səfəri yaxın günlərdə baş tuta bilər.

Unikal.org “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Belarus liderinin səfərinə hazırlıq aktiv mərhələdədir.

“Lukaşenkonun Moskvaya sentyabrın 13-də səfər edəcəyi ilə bağlı mediyada yayılan məlumat yalandır. Ümumilikdə isə səfər yaxın zamanlarda baş tuta bilər. Zamanı gələndə bu barədə məlumat verəcəyik”, - deyə Kremlin nümayəndəsi bildirib.