Fransanın Tuluza şəhərində atışma baş verib.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub. Daha bir nəfər isə ağır yaralanıb.

Yaralanan qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu deyilir.

Hazırda polis atəşin açıldığı iddia edilən qara avtomobilin axtarışlarını davam etdirir. Atışmanın kriminal zəmində baş verdiyi ehtimal olunur.