“Noviçok” maddədi ilə zəhərləndikdən sonra komaya düşən Rusiya müxalifətinin lideri Aleksey Navalnının səhhəti yaxşılaşıb.
Unikal.org xəbər verir ki, bu barədə siyasətçinin müalicə aldığı Almaniyanın “Charite” klinikası tərəfindən yayılan məlumatda deyilir.
Bildirilir ki, o, süni komadan çıxarılıb və ağciyərlərin süni ventilyasiyası aparatından da ayrılıb.