İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda qəddarcasına qətlə yetirilən məşhur jurnalist Camal Kaşıkçının qatillərinə verilən cəza açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
İşlə bağlı səkkiz nəfər günahkar bilinib. Sözügedən şəxslərdən beşinə 20 il, üçünə isə 7-10 il həbs cəzası verilib.