Latviya hökuməti ölkədə olan Belarus müxalifətçilərinin müalicəsinə 50 min avro ayıra bilər.

Unikal.org xəbər verir ki, bu barədə Latviya XİN-nin parlament katibi Zanda Kalninya-Lukaşeviç özünün “Twitter” səhifəsində yazıb.

“Latviya Belarus müxalifətçilərinə müalicə təklif etməyi planlaşdırır. Çərşənbə axşamı Belarusdan olan təxminən 10 şəxsin Latviyada müalicə almağı üçün hökumət 50 min avro ayırmaq barədə qərar verə bilər”, - deyə parlament katibi yazıb.

O, “LSM.lv” ictimai radio və telekanala müsahibəsində bildirib ki, Latviya bu ölkəyə gəlməkləri və siyasi sığınacaq almaqları üçün belaruslu aktivistlərə viza verməyə də hazırdır.