Belarus prezidenti Aleksandr Lukaşenko vəzifəsində bir az artıq “oturduğunu” bildirib.

Unikal.org xəbər verir ki, belə bir etirafı Belarus lideri Rusiya jurnalistlərinə müsahibəsində edib.

“Bəli, ola bilər, bir az artıq oturmuşam. Ola bilsin, məni nəinki televizorda, eləcə də ütüdə, çaynikdə də göstərirlər. Bəli. Lakin hazırda yalnız mən Belarusu müdafiə edə bilərəm”, - deyə Lukaşenko bildirib.