Belarus lideri Aleksandr Lukaşenko özünün avtomatla görünməsini izah edib.

Unikal.org xəbər verir ki, Belarus prezidenti belə bir addımının səbəbini rusiyalı jurnalistlərə müsahibəsində açıqlayıb.

“Avtomatla görünməyimin yalnız bir anlamı vardı – Mən heç yana qaçmamışam və ölkəmi sonadək müdafiə etməyə hazıram”, - deyə prezident bildirib.

Lukaşenko, həmçinin qeyd edib ki, etirazların baş verməyi bir insan kimi onu incidir, lakin bəzilərinin Belarusun 20 il öncə necə olduğunu unutduğunu da başa düşür.