Avstriyada şahzadə V Avqust Ernest Hannover tutulub.
Unikal.org “Kronen Zeitung” qəzetinə istinadən xəbər verir ki, Hannover sülaləsinin 66 yaşlı başçısı xidmətçini və onun həyat yoldaşını təhdid etdiyi və dövlət əmlakına ziyan vurduğu üçün saxlanılıb.
Bildirilir ki, V Avqust Yuxarı Avstriyadakı evində həbs edilib.
Xidmətçinin sözlərinə əsasən, şahzadə evdə səssiz gəzməyəcəkləri təqdirdə onu və ərini öldürtdürəcəyini deyib. Həmçinin V Avqust yol nişanını yerindən çıxarıb və Kamberlend hersoqu fonduna məxsus obyektdə pəncərəni sındırıb.