2019-cu ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı 5426 nəfər olub.
Unikal.org Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, onların 2941 nəfərini bakalavriat, 537-ni magistratura, 921 nəfəri tam orta ixtisas bazası, 1027 nəfərini isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı isə 248 nəfər olub. Onlardan 84 nəfəri bakalavriat, 22 nəfəri tam orta ixtisas bazası, 142 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.