Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla yeni tərkibdə Samir Nuriyev (Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri), Gündüz Kərimov (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi), Zahid Oruc (Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri), Fazil Mustafa (Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini), Sədaqət Vəliyeva (Milli Məclisin deputatı), Bəyimxanım Verdiyeva (“Xan Şuşinski” Fondunun rəhbəri), Mehriban Vəliyeva (Akademik Zərifə Əliyeva adına liseyin direktoru) yer alıb.