Türkiyənin Malatya bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Qeyd edilir ki, yerli vaxtla saat 13:44-də baş verən yeraltı təkan ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və fəlakət barədə hələləik məlumat yoxdur.