Çexiyanın Baş naziri Andrey Babiş Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.
Unikal.org xəbər verir ki, Andrey Babiş tənqidi "Twitter"də yazıb.
Praqda testlərin aparılması və nəzarətin azaldılması ilə bağlı ÜST-ün Çexiyadakı Nümayəndəliyinin tənqidinə münasibət bildirən Baş nazir Babiş qeyd edib: "ÜST-ün açıqlamasını oxudum. Üz maskalarını taxmağı tövsiyə etməyən də və pandemiya olduğunu bilməyən də elə həmin ÜST idi. Fikrimcə, onlar ağızlarını yumub sakit dayanmalıdırlar. Vəziyyəti nəzarətdə saxlaya bilmədiyimizi yazaraq bizi həmişə tənqid edən Çex mediası üçün: Avropada bir milyon əhaliyə düşən ölüm statistikalarını sizin üçün paylaşıram. Həqiqətən biz çox yaxşı iş görürük".
Baş nazir statistik göstəriciləri də paylaşıb.