Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 2460 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər infeksiyadan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 352 min 560, xəstəlikdən ölənlərin sayı isə 41 min 586 nəfərə çatıb.