ABŞ prezidenti Donald Tramp İraq və Əfqanıstanda hərbçilərin sayını azaldacağını elan etməyə hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti” ABŞ administrasiyanın yüksəkrütbəli nümayəndəsinə istinadən məlumat verir.
Onun sözlərinə əsasən, İraqdan ordunun çıxarılması barədə elan sentyabrın 9-da edilməlidir. Əfqanıstanla bağlı qərar isə yaxın günlərdə açıqlanacaq.