Türkiyədə son sutka ərzində daha 55 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki,  bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, son 24 saatda 111 193 koronavirus testi aparılıb. Onlardan 1673-nün cavabı pozitiv çıxıb. Son gün ərzində 943 xəstə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 284 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 254 188 nəfər sağalıb, 6837 nəfər ölüb.