Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 14 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4947 nəfərə çatıb.