Meksikanın Verakrus ştatında dəmiryolu xətlərində “Diario el Mundo” qəzetinin kriminal xronika jurnalisti Xulio Valdivia Rodriqesin cəsədi tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə nəşr özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Qəzetimizin ailəsi bu gün səhər Tezonapedə qorxaqcasına öldürülən dəyərli əməkdaşımız və jurnalistimiz Xulio Valdivia Rodriqesi itirməkdən dərin hüzn hissi keçirir”, - deyə məlumatda bildirilir.

Yerli mediada yayılan xəbərə əsasən, müxbirin başsız cəsədi motosiklinin yanında aşkar edilib.

Sərhədsiz Jurnalistlər Təşkilatı (RSF) bildirib ki, Rodriqes Meksikada bu il öldürülən dördüncü jurnalistdir.