“Charite” klinikasında müalicə alan Rusiya müxalifətinin lideri Aleksey Navalnıy artıq danışa bilir və böyük ehtimalla, təyyarədə huşunu itirənədək baş verənləri xatırlayır.
Unikal.org xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazır.
Nəşrin məlumatına əsasən, Almaniya polisi Navalnıya yeni hücumlardan ehtiyat etdiyi üçün mühafizəni gücləndirib.
Xatırladaq ki, “Noviçok” maddədi ilə zəhərləndikdən sonra komaya düşən Navalnıy bir neçə gün öncə ayılıb.