Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasındakı "boşanma" müqaviləsinin (Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı razılaşma – red.) artıq qüvvəyə mindiyini və bunun birtərəfli qaydada dəyişdirilə bilməyəcəyini elan edib. Bununla əlaqədar Avropa Komissiyası Böyük Britaniyanın Aİ-dən çıxmasına dair müqavilənin şərtlərini pozan yeni qanun layihəsinə dəyişiklik etməyə çağırıb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda deyilir.

"Böyük Britaniyanın Aİ-dən çıxmasına dair müqavilə 1 fevral 2020-ci il tarixində qüvvəyə minib... Bundan sonra nə Aİ, nə də Böyük Britaniya razılaşmanı birtərəfli qaydada dəyişdirə, dəqiqləşdirə, düzəldə, şərh edə, laqeyd yanaşa və ya rədd edə bilməz. Müqavilənin şərtlərinin pozulması beynəlxalq hüquqa zidd olacaq, etimadı zəiflədəcək və gələcək münasibətlərlə bağlı davam edən danışıqları təhlükə altına qoyacaq... Komissiyanın vitse-prezidenti Maroş Şefçoviç bildirib ki, qanun layihəsi qəbul edilərsə, geri çəkilmə müqaviləsinin son dərəcə ciddi bir pozuntu olacaq", - məlumatda deyilir.

***19:05

Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın "Brexit" müqaviləsi (Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı razılaşma – red.) qüvvəyə minib.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilir ki, "ayrılıq müqaviləsi"nin müddəalarını heç bir tərəf birtərəfli qaydada dəyişə bilməz.