Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə COVID-19-la bağlı qadağaların yenidən sərtləşdiriləcəyini açıqlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Baş Nazir ölkədə yoluxma sayında artımın təhlükəli həddə çatdığını və bununla bağlı qabaqlayıcı addımların atılmalı olduğunu vurğulayıb.
“Bu addımlar stabil iqtisadiyyatın təmin edilməsi, məktəblərin açıq qalması və virusun nəzarət altında saxlanılması üçün lazımdır. Bu ölkədə hər kəsin qaydalara riayət etməsini gözləyirik. Virusun yayılmasının qarşısını almaq üçün dərhal hərəkətə keçməliyik”, – deyə B.Conson bildirib.