Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayır. Buna baxmayaraq, təşvişə əsas yoxdur. Ölkədə epidemioloji vəziyyət tam nəzarət altındadır.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxaria məlumat verib.
Hökumət başçısı həmçinin deyib ki, Gürcüstanda açıq havada fəaliyyət göstərən gecə klublarının fəaliyyəti qadağan edilib.
Bu barədə qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul olunub.