Türkiyə parlamentinin sabiq spikeri və keçmiş baş nazir müavini Bülənt Arınç koronavirusa yoluxub.
Unikal.org məlumatına görə, bu barədə siyasətçi öz "Twitter” səhifəsində yazıb.
O bildirib ki, xəstəxanada verdiyi koronavirus testi müsbət nəticələnib. Bundan başqa, B.Arınçın həyat yoldaşında da virus aşkar edilib.
Onların müalicəsinin evdə, həkim nəzarətində davam edəcəyi bildirilib.